olkepress.com
olkepress.com

Qəzada xəsarət alan stüardessa bu gün Bakıya gətiriləcək

26-12-2024, 17:05

Qəzada xəsarət alan stüardessa bu gün Bakıya gətiriləcək

Təyyarə qəzasından sağ çıxan stüardessa Aydan Rəhimlinin vəziyyəti yaxşıdır.

Bu barədə Aydan Rəhimlinin anası Ülviyyə xanım məlumat verib.

Onun sözlərinə görə, qızı bu gün Bakıya gətiriləcək:

“Məni hava limanına dəvət etdilər. Hazırda ora gedirəm. Qızımın vəziyyəti yaxşıdır”.

Ülviyyə xanın onu da qeyd edib ki, Aydan bir il idir stüardessa işləyirmiş:

“Bir il idi bu işə keçmişdi. İşini çox sevirdi. Qismət, Allah hamının köməyi olsun”.

Qeyd edək ki, stüardessa Aydan Rəhimli Zaqataladandır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi