olkepress.com
olkepress.com

İtaliyanın Baş naziri barəsində istintaq başlayıb.

29-01-2025, 04:12

İtaliyanın Baş naziri barəsində istintaq başlayıb.

İtaliya prokurorları Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə əlaqədar İtaliyanın baş naziri Giorgia Meloni barəsində araşdırmalara başlayıb.

Olkepress.com Crossmedia.az-a istinadən xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni və onun kabinetinin bir çox üzvü haqqında istintaq başladılıb.

İtaliya prokurorları BCM tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandiri Usama Elmasri Njeemin saxlanılması və sonradan azad edilməsi ilə bağlı baş nazir Meloni, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Piantedosi və Nazirlər Kabinetinin katibi Alfredo Mantovoya qarşı istintaq başladılması ilə bağlı göstəriş verib.

Cinayətə köməklik etmək və dövlət vəsaitindən sui-istifadə etmək iddiasıyla təhqiqat aparıldığını deyən Meloni şantaja təslim olmayacağını, onu qorxutmağa imkan verməyəcəyini deyib.

“Bəlkə də buna görə sevməyənlər məni sevmirlər. İtaliyanın dəyişməsini və daha yaxşı olmasını istəyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, keçən həftə insanlığa qarşı cinayətlər törətdiyinə görə BCM-nin həbs qərarı əsasında Turində saxlanılan Njeem azad edilərək İtaliyanın rəsmi təyyarəsi ilə Liviyaya göndərildikdən sonra istintaq başladılıb.

İstintaqın qərardan şikayət edən vəkil Luisi Li Gotti tərəfindən başladığı güman edilir.

BCM İtaliya hökumətindən qərarla bağlı məsləhətləşmədiyini bildirərək izahat istəyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi