olkepress.com
olkepress.com

ABŞ, Britaniya və Kanada səfirləri Rusiya XİN-ə çağırıb

18-04-2023, 19:26

ABŞ, Britaniya və Kanada səfirləri Rusiya XİN-ə çağırıb
ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiyanın işlərinə müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlərə görə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkə mətbuatına Rusiya diplomatik departamentindən məlumat verilib.

“Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar ABŞ, Böyük Britaniya və Kanadanın səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb” - deyə nazirlikdən bildirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova publisist Vladimir Kara-Murza (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) haqqında hökmün elan edilməsindən sonra Britaniya, ABŞ və Kanada səfirlərinin bəyanatlarını Rusiyanın daxili işlərinə birbaşa müdaxilə kimi dəyərləndirib.

Diplomat vurğulayıb ki, Moskva Böyük Britaniya səfiri Debora Bronnertin Kara-Murzanın hökmündən sonra bəyanatlarını qəbuledilməz hesab edir və Londonu beynəlxalq insan haqları məsələlərinin siyasiləşdirilməsinə qarşı xəbərdar edib. Zaxarova həmçinin ABŞ və Kanada səfirlərinin öz vətənlərində insan hüquqları həyasızcasına pozulduğu və müxaliflərin təqib edildiyi bir vaxtda Kara-Murzanın azad edilməsi tələblərini “nifrətin zirvəsi” adlandırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi