olkepress.com
olkepress.com

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

12-11-2025, 12:29

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp Ermənistana səfərini ləğv edib.

Bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, kiçik Trampın noyabrın 12-də İrəvana səfəri nəzərdə tutulurdu. Lakin səfər ərəfəsində ABŞ-da jurnalist Taker Karlsonun efirə getmiş verilişi və həmin proqramda səslənən iddialar geniş rezonans doğurub.

Verilişdə “Tashir Capital” şirkətinin baş direktoru Narek Karapetyan Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı hücumları barədə danışıb.

Qəzet bildirir ki, kiçik Tramp bu məlumatlardan sonra Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi