Şimali Makedoniyada yerli seçkilərin birinci turunda tələb olunan 50 faizdən çox səs toplana bilmədiyi üçün, 33 bələdiyyədə ikinci tur üçün səsvermə başlayıb.
Olkepress.com APA-ya istinadən xəbər verir ki, ölkə seçiciləri yerli saatla 07:00-dan etibarən 33 bələdiyyə sədri və bələdiyyə şurası üzvlərini seçmək üçün sandıqlara gedirlər.
Bu turda qeydiyyatda olan 1 milyon 13 min 375 seçici yerli saatla 19:00-a qədər səs verə biləcək.
İkinci turda birinci turda 50 faiz səs həddini keçməyən bələdiyyələrdə ən çox səs alan iki namizəd yarışır. Seçicilər paytaxt Skopye Böyükşəhər Bələdiyyəsində Daxili Makedon İnqilabi Təşkilatı – Makedoniya Milli Demokratik Birliyinin namizədi Orse Gjorgjievski ilə Levica (Sol) Partiyasının namizədi Amar Mecinoviç arasında seçim edəcək.