Azərbaycan döyüşçüsü “One Championship”də möhtəşəm dönüş etdi!
Oktyabrın 31-də Taylandda baş tutan məşhur döyüş liqası "One Championship" (One Friday fight 131 ) çərçivəsində azərbaycanlı döyüşçü Mehrab Məmmədzadə 60 kq çəki dərəcəsində rinqə çıxıb.
Avrasiya.net xəbər verir ki, döyüşə qədər rekordu 2-0 olan Mehrab, bu dəfə rekordu 6-0 olan türkmənistanlı rəqibi 27 yaşlı Şazada Atayevlə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın üçüncü raundunun 4-cü dəqiqəsində, rəqib bütün göstəricilərdə üstün olsa da, idmançımız möhtəşəm dönüş edərək boğucu fəndlə Şazad Atayevi təslim edərək növbəti mərhələyə keçib.
Bu qələbə ilə döyüş rekordu 3-0 olan Mehrab Məmmədzadə turnirin növbəti mərhələsinə yüksəlib və o, gələcəkdə də beynəlxalq arenalarda çıxışlarını davam etdirəcək.


| « Mart 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 | |||||