olkepress.com
olkepress.com

ABŞ Azərbaycandan Qəzza ilə bağlı bunu xahiş edib

30-10-2025, 13:45

ABŞ Azərbaycandan Qəzza ilə bağlı bunu xahiş edib

ABŞ Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “AnewZ” yayıb.

Bildirilib ki, Azərbaycan bununla bağlı hələ öz yekun qərarını verməyib.

Məlumata əsasən, Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi qətidir. Belə ki, prosesdə iştirak BMT Təhlükəsizlik Şurasının beynəlxalq legitimliyi təsdiq edən və dəqiq mandat təyin edən qətnaməsinə əsaslanmalıdır.

Xatırladaq ki, bundan əvvəl, “Politico” bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətində olduğunu yazıb. Sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələrin isə Azərbaycan, İndoneziya və Pakistan olduğu bildirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi