olkepress.com
olkepress.com

Bakını 28 min adam tərk edib

21-03-2025, 13:30

 Bakını 28 min adam tərk edib

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən iki gün ərzində 28 minədək sərnişin daşınıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"Gücləndirilmiş rejimin iki günü ərzində rekord göstəricilər qeydə alınır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.

Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.

Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb", - qurumdan qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi