“MƏCMƏÜŞ-ŞÜƏRA ƏDƏBİ MƏCLİSİ VƏ XIX ƏSRİN İKİNCİ YARISI-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BAKI ƏDƏBİ MÜHİTİ” MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə institutun baş mühafizi fil.e.d., dosent, tanınmış mətnşünas, mənbəşünas alim Səbinə Əhmədovanın müəllifi olduğu “Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (Əlyazma qaynaqları əsasında)” monoqrafiyası işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifi də S.Əhmədovadır.
Monoqrafiya XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı ədəbi mühiti və burada fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisi üzvlərinin yaradıcılığının əlyazma qaynaqları əsasında tədqiqinə həsr olunmuşdur. Tədqiqat işindən mənbəşünaslıq, ədəbiyyatşünaslıq və mətnşünaslıq ixtisaslı mütəxəssislər və ali məktəb tələbələri yararlana bilərlər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.e.d., dosent Raqub Kərimov, rəyçiləri akademik Gövhər Baxşəliyeva, akademik Muxtar İmanov, fil.e.d., professor Aida Qasımova və fil.e.d., dosent Esmira Fuaddır.