olkepress.com
olkepress.com

“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi

19-03-2025, 03:31

“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi

Novruz bayramı ərəfəsində “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil edib.

“Crescent Mall”da 8-11 yaş aralığında olan 40-dan çox uşaq bir araya gələrək bayramı birlikdə qeyd edib.

Qonaqlar üçün maraqlı proqram hazırlanıb. Uşaqlar əvvəlcə nahar ediblər, sonra isə onlara təxəyyül və yaradıcı düşüncəni inkişaf etdirən hədiyyələr və intellektual oyunlar təqdim olunub. Daha sonra uşaqlar “Crescent Mall”ın oyun zonasına yollanaraq doyunca oynayıb bayram sevincindən zövq alıblar.

Tədbir “McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.

Bu memorandum korporativ sosial məsuliyyət layihələrinin icrasına dəstək verir və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını əhatə edən bir sıra birgə təşəbbüslərə əsas yaradır.
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi