olkepress.com
olkepress.com

Vüqar Əhməd: "Şükür Allah, hifz eləyir"

3-02-2025, 23:53

Vüqar Əhməd: "Şükür Allah, hifz eləyir"

Vüqar Əhməd: "Şükür Allah, hifz eləyir"
Qardaşım var, sirdaşım yox,
Ölmüşəm mən, başdaşım yox,
Ehsanımda bozbaşım yox,
Şükür Allah, hifz eləyir.
Arzum yetmir, mən sevinim,
Çin olarsa çox öyünüm,
Əl- əlvan libas geyinim,
Şükür Allah ,hifz eləyir.
Bilməm ölü, ya diriyəm,
Bəxtsizlərin mən biriyəm,
Təbrizdəki El gölüyəm,
Şükür Allah, hifz eləyir.
Doğum yerim başa bəla,
Salır məni haldan- hala,
Qalmışıq biz daldan- dala,
Şükür Allah, hifz eləyir.
Salaməleyk təmənnalı,
Millət sevir qalmaalı,
Məmurların yox amalı,
Şükür Allah, hifz eləyir.
"Asan xidmət"," Asan sima",
Açılsa da yoxdur sima,
Açıl dedim mən "simsim"ə,
Şükür Allah, hifz eləyir.
Kim çəkirsə çoxlu zəhmət,
Heç vaxt görmür dəyər, qiymət,
Bir dərvişdi Vüqar,Əhməd,
Şükür Allah hifz eləyir.

3.02.2025 saat 23.06


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi