olkepress.com
olkepress.com

“Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” - QHT layihəyə start verib

2-05-2024, 13:28

“Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” - QHT layihəyə start veribAzərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsinə başlayıb.

Layihənin məqsədi uşaqların gələcək sağlamlığının ana südü ilə qidalanmadan başlaması ilə bağlı maarifləndirici tədbirlər həyata keçirməkdir.

Layihənin rəhbəri Könül Quliyeva bildirib ki, anaları uşaqlarının inkişafı üçün ana südünün əvəzəolunmazlığı məsələsinə xüsusi diqqətlə yanaşmağa çağırırıq. Körpələrin ana südü ilə qidaıanması anaların, eləcə də körpələrin sağlamlığının qorunması və sağalması mümkün olmayan bir çox xəstəliklərə tutulmalarının qarşısınını alınmasıdır ki, bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi vacibdir.

3 aylıq layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 6 doğum evində yeni ana olanlar arasında maarifləndirici tədbir, KİV-də mövzunun aktuallığının qorunması ilə bağlı media rəhbərləri arasında tədbir keçirmək, Səs.tv-də layihə mövzusuyla bağlı ginekoloq, pediatr və psixoloqun iştirakı ilə maarifləndirici veriliş hazırlamaq, 5 tibbi maarifləndirici yazı hazırlayıb hər birinin 3 yerli internet resursunda çap etmək nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi