olkepress.com
olkepress.com

Qubada qız şagirdlər arasında “Basketbolla sağlam ol!” layihəsi icra olunur

11-01-2024, 15:21

Qubada qız şagirdlər arasında “Basketbolla sağlam ol!” layihəsi icra olunurAzərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin qalibi olan “Basketbolla sağlam ol! - qızlar arasında idman yarışlarının təşkili" layihəsinin açılış mərasimi keçirilib.

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunan açılış mərasimində çıxış edən layihə rəhbəri, Quba şəhər 2 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov layihə haqqında geniş məlumat verib.

Layihə rəhbəri bildirib ki, layihənin əsas məqsədi qızlar arasında idmanın, sağlam həyat tərzinin təbliğ edilməsi, eyni zamanda basketbol idman növünün populyarlaşdırılmasına dəstək verməkdir.

Layihə çərçivəsində Quba rayonunun Alekseyevka, Dağlı, Hacıhüseynli, Birinci Nügədi kənd 1 nömrəli, Zərdabi, Qaraçay qəsəbə tam orta və Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin 7-8-ci siniflərində təhsil alan 64 nəfər qız şagirdin iştriakı ilə basketbol idman növü barədə təlimlər keçiriləcək və 8 komandanın iştirakı ilə basketbol turnri təşkil olunacaqdır.

Tədbirdə iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov çıxışı zamanı bildirib ki, layihə indiki dövr üçün şagirdlərin oturaq həyat tərzindən uzaqlaşıb idmanla məşğul olması baxımından çox əhəmiyyətlidir.

Təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Ehtiram Sadıqzadə layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə layihənin icra olunacağı ərazilərdə olan məktəblərin - Quba rayonunun Alekseyevka, Dağlı, Hacıhüseynli, Birinci Nügədi kənd 1 nömrəli, Zərdabi, Qaraçay qəsəbə tam orta və Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimləri iştirak edib.
Qubada qız şagirdlər arasında “Basketbolla sağlam ol!” layihəsi icra olunur
Qubada qız şagirdlər arasında “Basketbolla sağlam ol!” layihəsi icra olunur
Qubada qız şagirdlər arasında “Basketbolla sağlam ol!” layihəsi icra olunur


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi