olkepress.com
olkepress.com

Məhkəmə İsmayıllının icra başçısının ədalətsiz qərarını rəsmiləşdirmədi

25-05-2022, 09:58

Məhkəmə İsmayıllının icra başçısının ədalətsiz qərarını rəsmiləşdirmədi

Abdullayev Teyyub Əli oğlunun iddia ərizəsi əsasında Şəki İnzibati Məhkəməsində İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il 135 nömrəli Sərəncamı ləğv olundu.

Qeyd edək ki, İsmayıllı rayon icra hakimiyyətinin 5 oktyabr 2021- ci il 135 nömrəli Sərəncamına əsasən, Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 may 2003-cü il tarixli müqavilə ləğv edilmişdir. Belə ki, İsmayıllı rayon icra hakimiyyəti Abdullayev Teyyub Əli oğlu tərəfindən ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar torpaq sahəsindən guya “örüş” məqsədilə istifadə etməli olduğu halda, “əkin” məqsədilə istifadə etməsini əsas götürərək sözügedən Sərəncamı qəbul etmişdir.

Dünən isə Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda iş adamı Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon icra hakimiyyətinin 5 oktyabr 2021- ci il 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbi təmin edilib. Məhkəmə iclasında iştirak edən “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərzilinin verdiyi məlumata görə, proses çox ədalətli keçib və hakim Vidadi Qasımov şikayətçinin təqdim etdiyi sübutları və faktları əsas götürərək İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qanunsuz və əsassız Sərəncamını ləğv edən qərar qəbul edib. Beləliklə, şikayətçi Teyyub Əli oğlu Abdullayevin 25 illik icarəsinə verilmiş torpaq üzərində icarədarlığı bir daha tanınıb.
T. Abdullayev ədalətli qərar qəbul edən hakim Vidadi Qasımova minnətdarlıq etdiyini bildirib. (tezadlar.az)

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi