olkepress.com
olkepress.com

Naxçıvanda Azərbaycan qanunları işləmir

17-01-2022, 17:04

Naxçıvanda Azərbaycan qanunları işləmir

Naxçıvan Muxtar Respublikasında işləyən bütün dövlət məmurlarının müalicə pulları kəsilib. Teref.az xəbər verir ki, ovqat.com-a Naxçıvandan göndərilən şikayət məktubunda belə deyilir.

Təhlükəsizliklərini nəzərə alıb adlarının gizli saxlanılmasını israrla xahiş edən şikayətçilərin bildirdiyinə görə, müalicə pullarının kəsilməsi barədə qərarı Muxtar Respublikanın Maliyyə naziri imzalayıb: “Nazir büdcədən maliyələşən təşkilatlara öz adından məktub ünvanalayaraq 2022-ci ildə heç kəsə müalicə pulu verilməyəcəyini bildirib. Daha doğrusu müalicə pulunun verilməsi üçün elə şərt qoyub ki, artıq birmənalı olaraq heç kəs müalicə pulu ala bilməyəcək”.

Bəs hansı məmurlara müalicə pulu verilməlidir və bunun hüquqi bazası nəyə əsaslanır?

Qaynağımız bu suala aydınlıq gətirərək yazır:

“Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş polis işçilərinin, ədliyyə işçilərinin, təhlüksizlik xidməti işçilərinin, prokurorluq işçilərinin, hakimlərin, pentensiar xidməti işçilərinin, miqrasiya xidməti işçilərinin və digərlərinin xidməti fəaliyyətini tənzimləyən normativ aktlarda həmin işçilərin yerli və ya xarici tibb müəsisəssində müayinə və ya müalicə olunmasından ötrü ildə bir dəfə müəyyən olunmuş məbləğdə müalicə pulu verilməsi nəzərdə tutulub. Həmin müalicə pulu hər il dövlət büdcəsi təsdiq olunarkən işçilərin sayına uyğun olaraq dövlət büdcəsindən ayrılıb müvafiq təşkilatın büdcəsinə köçürülür”.

Məktubda bildirilir ki, müalicə pulunun verilməsi qaydalarını müəyyən edən normativ aktlar bunlardır: “Məhkəmələr və Hakimlər haqqında qanun və hakimlərə müalicə pulunun verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı; Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanun və Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi haqqında qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə nazirinin № 7-T nömrəli 28 aprel 2008-ci il tarixli əmri; Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanun və Azərbaycan Respublikası Baş Prokurorluğunun işin təşkili qaydaları; Polis haqqında qanun və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə; Dövlət Təhlükəsizlik Xidməti işçilərinin fəaliyyətini tənzimləyən normativ atktlar və digərləri.

Bildirilir ki, qanunvericilikdə müalicə pulunun verilməsi üçün işçinin müraciəti və işçinin müayində keçməsinə və müalicəyə ehtiyacı olmasına dair arayış tələb olunur: “İndiyə kimi müalicə pulu həmin sənədləri təqdim etməklə alınsa da, Naxçıvan MR Maliyə naziri təşkilatlara məktub göndərərək sadəcə əmək qabiliyətinin müvəqqəti itirlməsinə dair sənəd təqdim edən şəxslərə müalicə pulu veriləcəyini göstərmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ağır cərrahi əməliyyatlar zamanı olur və əmək qabiliyətini itirmiş şəxslər dövlət orqanlarından müavinətə buraxılır”.

Şikayət məktubunda o da qeyd olunur ki, müalicə pulunun verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericilik normalarında müəyyən olunur və qanunu dəyişmək səlahiyyəti sadəcə Azərbaycan Respublikasının Milli Məclisinə məxsusdur: “Naxçıvan maliyə naziri isə səlahiyəti olmadan həmin qanunları öz istədiyi kimi şərh edir. Müalicə pulu işçiyə ona görə verilir ki, məzuniyyətə çıxarkən özünün və ya ailəsinin səhətindəki problemləri aradan qaldırsın, sağlamlığında hər hansı problem yoxdursa da, müayinədən keçərkən yaranan xərclərinə sərf etsin. Yəni həmin pul işçilərin sosial müdafiəsi üçün nəzərdə tutulub. Əgər maliyə naziri həmin pulun işçiyə verilməsinə razılıq verməyəcəksə, biz xahiş edirik, ilin əvvəlində heç bir təşkilatın büdcəsinə müalicə pulu köçürülməsin”.

Məktubdan belə anlaşılır ki, Naxçıvan Muxtar Respublikasında məmurların müalicəsi üçün nəzərdə tutulan vəsaitlər rəhbərlik tərəfindən mənimsənilir. Ən pisi isə odur ki, Muxtar Respublikada Azərbaycan qanunlarını saya alan yoxdur. Bu diyarda Naxçıvan rəhbərliyinin yazılmamış qanunları qüvvədədir. Bu isə təkcə kimlərinsə haqqının mənimsənilməsi deyil, həm də Azərbaycan Respublikasının suverenliyinin şübhə altına alınmasıdır. Nədən ki, suverenliyin məşhur tərifində deyilir: “Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarət

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi