olkepress.com
olkepress.com

XİN Pakistana başsağlığı verdi

3-02-2025, 17:27

XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Bəlucistan əyalətində baş verən terror hücumu ilə bağlı Pakistana başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Bəlucistanda terror hücumu xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir və bu çətin anda Pakistanla həmrəy olduğumuzu bildiririk. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiq olaraq qalır”, - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, “Dawn” qəzetinin məlumatına görə, Pakistanın Bəlucistan əyalətinin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında qarşıdurma zamanı 18 hərbçi həlak olub. Əməliyyat zamanı 23 silahlı şəxs zərərsizləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi