olkepress.com
olkepress.com

Fransa məhkəməsi Əsədin həbsinə order verib.

22-01-2025, 17:28

Fransa məhkəməsi Əsədin həbsinə order verib.

Fransa məhkəməsi Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra Rusiyaya qaçan devrilmiş lider Bəşər Əsədin həbsinə order verib.

Bu barədə Fransa xarici işlər naziri Jan Noel Barrot “X” hesabından paylaşım edib.

“Fransa məhkəmə sistemi Bəşər Əsədə qarşı həbs qərarı verdi. Sednaya həbsxanasında şahidi olduğum dəhşətlərə görə, bu rejim cəza almadan getməməlidir. Fransa suriyalılar üçün ədaləti təmin etmək adına səfərbər olub və olmağa davam edəcək”,-deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Barrot və Almaniyanın xarici işlər naziri Annalena Baerbok Suriyada Baas rejiminin devrilməsindən sonra yanvarın 3-də paytaxt Dəməşqdə işgəncə bazası olan Sednaya həbsxanasına baxış keçirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi