olkepress.com
olkepress.com

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

20-06-2025, 17:52

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi