olkepress.com
olkepress.com

Bakıda restoranda dava

24-06-2025, 17:53

Bakıda restoranda dava

Bakıda restoranda dava düşüb.

Olkepress.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restoranlardan birində baş verib.

Əli tanış olduğu qadınla müştəri qismində restorana gəlib və orada yeyib-içiblər. Bir müddətdən sonra Əli ilə həmin xanım arasında mübahisə yaranıb.

Mübahisəni görən restoranın aşpazı Əhmədəli Əliyev (soyad şərtidir) söhbətə müdaxilə edərək Əlini vurub. Mübahisə qızışıb və nəticədə restoranın icarədarı və digər şəxslər birləşərək Əlini döyüb, ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ə.Əliyev xuliqanlıqda təqsirləndirilib, ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və elektron nəzarət qolbağı tətbiq olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi