olkepress.com
olkepress.com

Millimizin üzvü klubla razılaşdı, müqavilə üçün bu ölkəyə yollanır

23-06-2025, 19:56

Millimizin üzvü klubla razılaşdı, müqavilə üçün bu ölkəyə yollanır

Turan Manafov karyerasını ölkə xaricində davam etdirəcək.

Olkepress.com Sport1.az-a istinadən xəbər verir ki, müdafiəçi Cənubi Afrika Respublikasının "Stellenboş" klubu ilə razılaşıb. Azərbaycanlı futbolçu Premyerşip təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Bu məlumatı oyunçunun məxsus olduğu FMA-nın mətbuat xidməti təsdiqləyib:

"Turan Manafovla klub arasında ilkin müqavilə imzalanıb. Cənubi Afrika Respublikasına getmək üçün viza müraciəti etmişik. Sənəd məsələsi həll olunan kimi Turan həmin ölkəyə yollanacaq və rəsmi müqavilə imzalanacaq. Klubla oyunçu arasında 3 illik saziş bağlanacaq".

Maraq üçün bildirək ki, ilk dəfədir, bir azərbaycanlı futbolçu Cənubi Afrika Respublikasında çıxış edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi