olkepress.com
olkepress.com

Ermənistan sərhəddə ikitərəfli təxribat törətdi

22-08-2024, 11:19

Ermənistan sərhəddə ikitərəfli təxribat törətdi

Son zamanlar Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə müxtəlif təxribatlara əl atır. Mövqelərimizin atəşə tutulmasına və erməni PUA-larının sərhəddə müşahidə aparmaq cəhdinə adekvat cavab verilsə də, rəsmi Bakı təmkinini qoruyur, cəza tədbirinə əl atmır. Paralel olaraq Ermənistanın Zəngəzurda hərbi mövcudluğunu artırması haqda xəbərlər yayılır.

Mövzu ilə bağlı danışan politoloq Fərhad Məmmədov deyib ki, hazırda Azərbaycan Ermənistanla danışıqlar aparır:

“Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanın marağındadır. Rəsmi İrəvan isə xislətindən vaz keçmir. Törədilən təxribatlar fonunda itki olmadığı halda Azərbaycanın Ermənistana təmkinli yanaşması normaldır.

Digər tərəfdən, rəsmi İrəvan Bakının müharibəyə başlamaq istəməsi ilə bağlı dezinformasiya da yaydığı üçün Azərbaycan məsələyə bir qədər sakit yanaşır. Lakin öz növbəsində atılan hər təxribatçı addıma adekvat cavab verilir və lazımi tədbirlər görülür”.

Politoloq qeyd edib ki, COP29 ərəfəsində region ətrafında da bəzi qeyri-müəyyənliklər var:

“Ona görə də Ermənistanın arzuladığı kimi eskalasiyanın yaranması Azərbaycanın marağında deyil. Bunun baş verməməsi üçün maksimum səviyyədə təmkinini qoruyur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi