olkepress.com
olkepress.com

Zatulin Azərbayacan qarşı HƏYASIZLIQ ETDİ

31-05-2024, 09:34

Zatulin Azərbayacan qarşı HƏYASIZLIQ ETDİ

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb.

Olkepress.com Modern.az-a istinadən xəbər verir ki, Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında əvəlcə son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib, baş nazir Paşinyanı ittiham edib.

O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir.


Konstantin Zatulin sonrakı açıqlaması ilə bir daha təsdiqləyib ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir.

Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir.

K.Zatulin Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı barədə də danışaraq, erməni təəssübkeşliyini daha da qabardıb.

“2020-ci ildə sülhməramlılarımız Qarabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivank monastırında (Xudavəng monastırını nəzərdə tutur – red.) xüsusi post yaradılmışdı. Erməni tərəfi bu monastırın qorunub saxlanmasının vacibliyində təkid edirdi. Bu gün bilirsiniz ki, artıq orada sülhməramlıların postu yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azərbaycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, məsələ mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir”, - deyə rusiyalı deputat sərsəmləyib.


Konstantin Zatulinin sərsəmləməsinə münasibət bildirən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Azərbaycana qarşı ənənəvi təxribatçı fikirlərindən əl çəkmək istəmir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi