olkepress.com
olkepress.com

10 min terrorçu Azərbaycanla sərhəddə

5-03-2024, 22:38

10 min terrorçu Azərbaycanla sərhəddə

Fransa və İran Zəngəzurda yeni müharibə hazırlayır. Bu məqsədlə aralarında PKK terrorçularının da olduğu terrorçu qruplar bölgəyə cəlb edilir.

Bu barədə “Türkiyə” qəzeti yazıb.

Qəzet qeyd edir ki, türk dünyasını siyasi və iqtisadi sferada bağlayacaq Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib.

“Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”, - qəzet yazır.

Qəzetə danışan ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, aralarında PKK terrorçularının da yer aldığı 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib: “Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar pul verilir. Bu pul Fransa və erməni diasporu tərəfindən təmin edilir”.

Qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Azərbaycanla sərhəddə yerləşdirilən erməni terrorçu dəstələri Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dan gələnlərdən ibarətdir.

“Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir”, - qəzet qeyd edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi