olkepress.com
olkepress.com

ABŞ nüvə sualtı qayığı Cənubi Koreyaya ərazisinə daxil olacaq

3-05-2023, 08:48

ABŞ nüvə sualtı qayığı Cənubi Koreyaya ərazisinə daxil olacaq

Ohayo sinfinə aid nüvə sualtı qayığı Cənubi Koreya sularına daxil olacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

"Mən əvvəlcədən hər hansı yerləşdirmə tarixini açıqlamayıram. Bu, Ohayo sinifli SSBN (nüvə enerjili ballistik raket sualtı qayığı) olacaq. Ancaq bunu deyə bilərəm", - deyə o qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi sualtı qayığın nüvə silahı daşıyacağı ilə bağlı suala cavab verməkdən yayınıb. "Mən konkret yüklə bağlı təfərrüatlara girmək fikrində deyiləm. Hazırda verə biləcəyim məlumat bundan ibarətdir", - deyə əlavə edib.

Aprelin 26-da Vaşinqtonda keçirilən sammitin ardınca Cənubi Koreya dövlət başçısı Yun Seok-yeol və ABŞ prezidenti Co Bayden bəyannamə qəbul etdilər. Bu sənədlə Seul nüvə silahının yayılmaması prinsiplərinə sadiqliyini təsdiqləyir. Birləşmiş Ştatlar müttəfiqi ilə strateji və nüvə planlaşdırması ilə bağlı məlumat mübadiləsinə söz verib. Bundan əlavə, ABŞ nüvə sualtı qayıqlarının göndərilməsi də daxil olmaqla, Koreya yarımadasının cənubunda strateji silahlarının görünmə tezliyini artırmaq niyyətini açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi