olkepress.com
olkepress.com

Bitki çaylarının qəbul qaydası

11-07-2022, 21:34

Bitki çaylarının qəbul qaydası

Lap qədim zamanlardan bitkilərdən çaylar hazırlayaraq sağlamlıq məqsədilə istifadə olunub. Həmin ənənə müasir dövrdə də davam edir. Çoxları qara çaydan, qazlı içkilərdən imtina edərək bitki çayları içir. Ancaq hər şeyin miqdarı olduğu kimi, onun da istehlak norması var.

Ölkəpress.com xəbər verir ki, bu barədə AZƏRTAC-a diyetoloq Ceyhunə Yusifova danışıb: “Gündə 2 stəkandan artıq bitki çayı içilməsi düzgün deyil. Həm də çayları növbəli şəkildə qəbul etmək lazımdır. Bir gün çobanyastığı çayı içilibsə, ertəsi günü başqa bir bitki çayı içilməlidir. Gündəlik istifadə üçün məsləhət görülən çaylar çobanyastığı, kəkotu, razyana, adaçayı, yaşıl çay və darçın çaylarıdır. Uşaqlar və hamilə qadınlar bitki çaylarının qəbulu zamanı daha diqqətli olmalıdırlar”.
Bitki çaylarının nə vaxt qəbul edilməsi də heç də az əhəmiyyət daşımır. Onu içməyin saatları barədə məlumat verən diyetoloq deyib: “Yatmazdan əvvəl adaçayı içilməsi təzyiqin yüksəlməsinə və yuxunun qaçmasına səbəb ola bilər. Yatmazdan əvvəl daha çox çobanyastığı və melisa kimi stressi aradan qaldıran, sakitliyi qoruyan çayların içilməsi məsləhətdir”.

Adaçayı boğaz ağrısına yaxşı təsir edir, çobanyastığı isə beyini sakitləşdirir. Lakin onlardan düzgüm istifadə olunmaması faydadan çox zərər verə bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi