olkepress.com
olkepress.com

Hidayət Heydərov ikinci, məşqçisi liderdir

7-01-2025, 18:00

Hidayət Heydərov ikinci, məşqçisi liderdir

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və millinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda yüksək yerlərdə qərarlaşıb.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadada qızıl medal əldə edən Heydərov “İlin cüdoçusu” nominasiyasında ikinci sıradadır. Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) yeddi idmançı arasında altıncıdır.

Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda “İlin məşqçisi” üçün aparılan səsvermədə birincidir.

Qeyd edək ki, səsvermə yanvarın 10-da başa çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi