olkepress.com
olkepress.com

Güləşçimiz erməni rəqibini məğlub etdi

22-10-2022, 22:22

Güləşçimiz erməni rəqibini məğlub etdi
Güləşçimiz erməni rəqibini məğlub etdi
Güləşçimiz erməni rəqibini məğlub etdiAzərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Əlixanyanı məğlubiyyətə uğradıb.

Hacıyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək.

125 kq-dakı Vahid Qalayev eyni raundda Əlişir Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi