olkepress.com
olkepress.com

Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub

25-12-2024, 16:44

Gürcüstanda azərbaycanlı hərbi qulluqçu həlak olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndindən olan hərbi qulluqçu bədbəxt hadisə nəticəsində həlak olub.

Olkepress.com Apa.az-a istinadən xəbər verir ki, hadisə Marneulidəki hərbi hissədə baş verib.

Məlumata görə, Faxralı kəndindən olan əsgər Ziyyədin Araz oğlu Məmmədov qarovulda olarkən silahla ehtiyatsız davranması nəticəsində həlak olub. Bildirilib ki, atəş səsi gəlməsindən sonra postda yoxlama aparılıb və Z. Məmmədovun meyiti aşkarlanıb. Onun çənəsindən güllə yarası aldığı və hadisə yerində vəfat etdiyi bildirilib.

Gürcüstan Müdafiə Nazirliyi bəyanat yayaraq əsgərin ailəsinə başsağlığı verib.

Qurumun məlumatında faktla əlaqədar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndi (intihar həddinə çatdırma) ilə istintaqa başlanıldığı qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi