olkepress.com
olkepress.com

Almaxanımın möhtəşəm konserti.

30-05-2023, 12:52

Almaxanımın möhtəşəm konserti.

May ayının 29- da Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, sevimli müğənnimiz, şöhrətli xanəndə Almaxanım Əhmədlinin Heydər Əliyev adına sarayda solo konserti olub.Bu tədbir sənətçinin sayca 4- cü, Heydər Əliyev sarayında isə ilk böyük solo konsertidir.Müğənnini tarzən Məsim İslamovun rəhbərliyi ilə " Bayatı- türk" insturmental ansamblı məharətlə müşayiət edib.Konserti peşəkarlıqla idarə edən məşhur teleaparıcı Azər Süleymanlı tədbir boyu hər musiqi nömrəsinin mətninə uyğun tanınmış şair Vüqar Əhmədin şeirlərini səslındirib.Anşlaqla keçən konsertdə muğam, xalq, aşıq və bəstəkar mahnıları, eləcə də türk və estrada nəğmələri ifaçı tərəfindən peşəkarlıqla, orijinallıqla, yüksək məharətlə ifa olunub və sürəkli alqışlarla qarşılanıb.Aparıcı Azər Süleymanlı Heydər Əliyevin 100 illiyi günlərində onun adını daşıyan fondun keçirdiyi 6- cı televiziya muğam müsabiqəsinin " Qran- Pri" mükafatçısı Almaxanımı belə əzəmətli, möhtəşəm konsertə görə təbrik etmiş , uğurlar arzulamış, eyni zamanda Müstəqillyimizin 105 illiyi və Türkiyədəki demokratik seçkilərdə Ərdoğanın qalib gəldiyinə görə tamaşaçıları təbrik etmişdir.2000 min nəfərlik tam dolu olan salonda dövlət məmurları, millət vəkilləri, elm və sənət nümayəndələri də iştirak etmişlər.Sonda " Yaşa mənim xalqım" mahnısı Almaxanımla yanaşı ayaqüstə duran tamaşaçılarla birgə ifa olunmuşdur. 21 yaslı gənc xanəndə- müğənnimizə uğurlar arzu edirik.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.
Almaxanımın möhtəşəm konserti.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi