olkepress.com
olkepress.com

Naxçıvanda Vüqar Əhmədin 60 illik yubileyi qeyd olunub

5-05-2023, 10:45

Naxçıvanda Vüqar Əhmədin 60 illik yubileyi qeyd olunub

NAXÇIVANDA VÜQAR ƏHMƏDİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində keçirilən "Poeziya günləri" çərçivəsində professor, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Turanın xalq şairi Vüqar Əhmədlə görüş keçirilib.
Görüşdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev qonağı salamlayaraq, onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından söz açıb.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poeziya günləri çərçivəsində universitetdə görkəmli söz və qələm sahibləri ilə keçirilən görüşlərin əhəmiyyətindən söz açıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən şairlərimizdən olan Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən bəhs edib.

Tədbirdə tələbələr şair, ədəbiyyatşünas Vüqar Əhmədin şeirlərindən səsləndirib, konservatoriyanın müəllim və tələbələri əsərlərinə yazılan bəstələri ifa ediblər.

Şair Vüqar Əhməd görüş iştirakçılarına özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.

Rektor Elbrus İsayev Vüqar Əhmədə 60 illik yubileyi münasibətilə xatirə plaketi və portret təqdim edib.

Sevimli şairimiz, görkəmli ədəbiyyatşünas alim, professor Vüqar Əhməd Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu dilə gətirib. 60 illik yubileyi ərəfəsində keçirilən görüşü ömrünün ən xoşbəxt anları kimi qiymətləndirib.
Naxçıvanda Vüqar Əhmədin 60 illik yubileyi qeyd olunub
Naxçıvanda Vüqar Əhmədin 60 illik yubileyi qeyd olunub


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi