olkepress.com
olkepress.com

Kanadalılar kütləvi şəkildə avtomobillərdən imtina edirlər

6-04-2023, 08:40

Kanadalılar kütləvi şəkildə avtomobillərdən imtina edirlər

Son vaxtlar avtomobillərindən xilas olmaq istəyən kanadalıların sayı artıb.

Bu barədə nəhəng avtomobil paylaşma platforması “Car Ownership” tərəfindən aparılan sorğuda qeyd olunur.

Bildirilir ki, onlar hədsiz qiymətlərə görə şəxsi nəqliyyat xərclərini ödəyə bilmirlər.

Sorğuda iştirak edən hər dörd nəfərdən biri bildirib ki, bu il onlar avtomobil icarəsi üçün aylıq ayırmaları ödəyə bilməyəcəklər və ictimai nəqliyyata keçməyə hazırdırlar. Bu, ötən illə müqayisədə azı iki dəfə çoxdur.

Ölkədə hər onuncu respondent avtomobilini satışa çıxarmağa hazır olduğunu bildirib.

Respondentlərin daha 26%-i avtomobilini elektromobil və ya daha qənaətcil modellərə dəyişməyə hazır olduğunu deyib.

Statistikaya görə, kanadalılara avtomobillərinin çox vaxt boş qalmasına baxmayaraq, onların saxlanması ildə orta hesabla 4800 dollara başa gəlir.

Yanvar ayından bir qədər səngiyən, lakin kifayət qədər yüksək olan (5,2%) inflyasiya, eləcə də yanacağın qiymətinin artması ilə gəlir gətirməyən avtomobilləri saxlamaq çoxları üçün dözülməz yükə çevrilir.

Mənbə: Cision


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi