olkepress.com
olkepress.com

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

16-03-2023, 08:54

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.
Ətraflı

***
Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu haqda FHN məlumat yayıb.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi