olkepress.com
olkepress.com

Pasxa adasında yeni daş heykəl tapıldı - FOTO

2-03-2023, 08:05

Pasxa adasında yeni daş heykəl tapıldı - FOTO

Pasxa adasında məşhur daş nəhənglər adlanan yeni moai heykəli tapılıb.

Büt qurumuş vulkanik Rano Raraku gölünün dibində uzanıqlı halda aşkar edilib.

Gölün suyu iqlim dəyişikliyi və insan fəaliyyəti səbəbindən cəmi bir neçə il əvvəl kraterdən yoxa çıxıb.

Heykəlin gölün dibinə necə düşdüyü məlum deyil. Ehtinal ki, bu, kraterin dibində tapılan sonuncu büt olmayacaq.

Kəşf edilən yeni heykəl nəhəng moailərin qalan hissəsindən kiçikdir. Onların ümumi sayı minə yaxındır və əksəriyyəti dörd metr hündürlükdədir.

Heykəllərdə ən böyüyü on metr hündürlükdə və 74 ton ağırlığındadır.

Moai 1400-1650-ci illərdə daşdan oyulmuş bütlərdir. Onlardan hər biri müəyyən bir əcdadın ruhunu təcəssüm etdirir.

Xatırladaq ki, Pasxa adası Çilinin bir hissəsidir. O, ölkə sahillərindən 3,7 min kilometr aralıda yerləşir. Avropalılar bu torpaqları yalnız 18-ci əsrin əvvəllərində kəşf ediblər. Adanın sahəsi 164 kvadrat kilometr, əhalisi təxminən səkkiz min nəfərdir.
Pasxa adasında yeni daş heykəl tapıldı - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi