olkepress.com
olkepress.com

DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib

3-08-2022, 09:17

DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib

Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Ölkepress.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin vətəndaşlara müraciətində qeyd edilib.

Bildirilib ki, mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.

Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır və həmçinin bildiririk ki, qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi