olkepress.com
olkepress.com

Avtobusu saxlayıb körpəni sakitləşdirən sürücü KİMDİR? - VİDEO

4-02-2022, 15:28

Avtobusu saxlayıb körpəni sakitləşdirən sürücü KİMDİR? - VİDEO

Fevralın 2-də “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilən görüntülər sosial şəbəkələrdə böyük maraqla izlənilib.

Ölkəpress.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayevin sözlərinə görə, avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb:
“Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir”.

M.Ağayevin sözlərinə görə, müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir:

“6 ildir ki, "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi