olkepress.com
olkepress.com

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub

10-03-2025, 12:55

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunubMisir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü və cəmiyyətin İdarə Heyətinin yekdil qərarı ilə qurumun nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub.

S.Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin günü-gündən müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bunun üçün elm və incəsənət sahələrinin bundan sonra Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının nəzdində fəaliyyət göstərməsinə qərar verilib.

Həmçinin bildirilib ki, Ramazan ayı münasibətilə cəmiyyət tərəfindən minlərlə misirli aztəminatlı ailələrə və Misirdə təhsil alan xarici tələbələrə 30 tondan çox ərzaq paylanıb.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi