Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir.
“Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır. Məlumata görə, yüzlərlə miqrant saxlanılıb.
Əməliyyat zamanı saxta miqrasiya sənədləri və sərhəd keçid möhürləri hazırlayan "laboratoriya" aşkarlanıb. O vaxt 400-dən çox xarici vətəndaş və bu qanunsuz fəaliyyəti təşkil etməkdə şübhəli bilinən üç nəfər saxlanılmışdı.