olkepress.com
olkepress.com

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal saxlanıldı

15-10-2024, 17:36

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal saxlanıldı

Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyinə görə tanınan siyasi aktivist Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, polislər onu bu gün günorta saatlarında nahar etdiyi restoranda saxlayaraq özləri ilə aparıblar.

Bir müddət əvvəl Nigerin lideri Abdorahmane Tiani tərəfindən müşavir təyin olunan Kemi Seba Fransa hökumətinin müstəmləkə siyasətinə qarşı radikal çıxışları ilə tanınıb. Onun təyinatından sonra Niger Qərb ölkələri ilə diplomatik əlaqələri dayandrıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi