ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden həbs edilə bilər.
Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, o, vergidən yayınmaqda ittiham olunur.
Bildirilir ki, prezidentin oğlunu 15 ilə qədər həbs gözləyir.
İddialara görə, o, 2016-2020-ci illər arasında xarici biznes sövdələşmələrindən, o cümlədən Ukraynanın “Burisma” qaz şirkətinin direktorlar şurasından, həmçinin Çin investisiya fondunda iştirakından 7 milyon dollardan çox gəlir əldə edib və 1.4 milyon dolları vergidən yayındırıblar.
Adıçəkilən şəxs daha əvvəl qeyri-qanuni silah almaqda təqsirləndirilirdi.