olkepress.com
olkepress.com

Əvəz Zeynallının həbs müddəti azaldılıb

18-12-2024, 16:55

Əvəz Zeynallının həbs müddəti azaldılıb

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.

Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürovun həbs müddəti isə 1 il azaldılıb.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi