ABŞ Dövlət Departamenti Gürcüstanın 20-yə yaxın dövlət məmuruna qarşı viza məhdudiyyətləri tətbiq edib.
Bu barədə məlumatı departament yayıb.
“Məhdudiyyətlər Gürcüstanda demokratiyaya zərər vurmağa görə məsuliyyət daşıyan və yaxud bu məsələ ilə əlaqəli olan şəxslərə viza verilməsini qadağan edir”, - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, viza məhdudiyyətləri Gürcüstan hökumətinin nazirlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarının, eləcə də təhlükəsizlik xidmətlərinin əməkdaşlarına şamil ediləcək.