olkepress.com
olkepress.com

Ali Məhkəmənin qadın hakimi təqaüdə göndərildi

16-12-2024, 15:12

Ali Məhkəmənin qadın hakimi təqaüdə göndərildi

Ali Məhkəmənin hakimi Mehparə Əhmədova təqaüdə göndərilib.

Bu barədə Ali Məhkəmədən bildirilib.
Məlumata görə, dekabrın 16-da Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb, peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərələliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini bildirib.

Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edib.

Mehparə Əhmədova da təəssüratlarını bölüşərək, təşəkkür edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi