olkepress.com
olkepress.com

Ağcabədidə sakinlər yolka quraşdırlmasına etiraz ediblər - VİDEO

23-12-2020, 20:28

Ağcabədidə sakinlər yolka quraşdırlmasına etiraz ediblər - VİDEOAğcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdırlması sakinlərin etirazına səbəb olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır.

Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdırlanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdırlanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsini şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi