olkepress.com
olkepress.com

M.RÖVŞƏN 62 yaşa dolan şairin...( Vüqar Əhmədin doğum gününə)

18-04-2025, 20:41

M.RÖVŞƏN 62 yaşa dolan şairin...( Vüqar Əhmədin doğum gününə)
M.RÖVŞƏN 62 yaşa dolan şairin...( Vüqar Əhmədin doğum gününə)

Gözəl bir şeir oxudum bu gün,
Qələmindən çıxmış Vüqar Əhmədin...
Şeir yarı nisgil, yarı kədərlə,
Sanki hesabatı hər ayın, ilin...
62 yaşa dolan Şairin...

Sətirlər şahiddir, sətirlər hakim,
Yaşanan günləri kim unudar, kim?
Ürəkdə yer alan hər xatirənin,
Qəmli bəstəsidir, şirin səsidir
62 iyaşa dolan Şairin.

Ağaran saçlara, düşən qırışa,
Baxıb kədərlənmə, batma sən yasa!
Yaşa əziz Şair, doyunca yaşa,
Düşün Şairisən bu xalqın, elin,
Ruhuna nur səpir xoş sətirlərin
62 yaşa dolan Şairin.
17.042025


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi