olkepress.com
olkepress.com

Şərabçılıqla bağlı dəyişiklik III oxunuşdan keçdi

22-04-2025, 17:30

Şərabçılıqla bağlı dəyişiklik III oxunuşdan keçdi

Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalar dəyişəcək.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsisçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda yerləşdirilə bilməz.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi