Əməliyyat olunan tanınmış müğənni Əli Mirəliyevin müalicəsi davam edir.
Bu barədə aktyorun həyat yoldaşı Anaxanım Mirəliyeva məlumat verib.
Bildirib ki, müğənnin hazırda vəziyyəti yaxşıdır:
“Hazırda hər şey yaxşıdır. Palatadadır. Özünü maşallah ki, yaxşı hiss edir. Yavaş-yavaş özünə gəlir. Yıxılması təzyiqi ilə bağlı deyil. Zəncir ilişib, yıxılıb.
Xəstəxanadan nə zaman çıxacağı bəlli deyil. Zaman göstərəcək. Həkimlər nə zaman məsləhət bilsə, o zaman çıxaracağıq”,
“Reytinqə görə maraqlananlar da az deyil. Yalan məlumatlar yazırlar. Bu da bizi narahat edir. Bəzən kobud da cavab verirəm. Belə olmaz. Ümumiyyətlə, xəstəni narahat etmək heç düzgün deyil”, – deyə A.Mirəliyeva fikrini tamamlayıb.
Xatırladaq ki, bir neçə gün öncə tanınmış müğənni Əli Mirəliyev yıxılıb, zədə almışdı. Əməliyyat olunmuşdu.