olkepress.com
olkepress.com

Nəsimidə ağacəkmə aksiyası keçirildi

8-05-2025, 13:20

Nəsimidə ağacəkmə aksiyası keçirildi

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və rayon qurumlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Aksiya zamanı rayonun Vaqif prospekti boyunca yerləşən parkların ərazisində və yaşıllıq zolaqlarında 100-dən artıq xan çinarı, Eldar şamı, zeytun ağacları, prospekt boyunca 500-ə yaxın gül kolları və mövsümi çiçəklər əkilib.

Eyni zamanda həyata keçirilən aksiya zamanı rayon ərazisində abadlıq işləri aparılaraq, 3000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.
Nəsimidə ağacəkmə aksiyası keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi