olkepress.com
olkepress.com

Qurban bayramına özəl uçuşların sayını artırır

23-04-2025, 17:29

Qurban bayramına özəl uçuşların sayını artırır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.

Bu barədə AZAL xəbər verir.

Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.

Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.

AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.

“Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi