olkepress.com
olkepress.com

Azərbaycanlı radioloq COVİD-19-la bağlı elmi nəticələri açıqladı - VİDEO

22-04-2020, 11:51

Azərbaycanlı radioloq COVİD-19-la bağlı elmi nəticələri açıqladı - VİDEOİndi mediada, sosial şəbəkələrdə, həm də elmi araşdırmalarda COVİD-19 pnevmoniyasının epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektləri haqqında vaxtaşırı maarifləndirici məlumatlar verilir. Bəs COVİD-19 xəstəliyinin dəyərləndirilməsində radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər?

DİA.AZ bildirir ki, bununla bağlı Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova “COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda ətraflı elmi tədqiqatının nəticələrini açıqlayıb.
M.Sultanova qeyd edir ki, ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələri açıqlanıb: “Hər bir sahədə olduğu kimi bu xəstəlikdə də radioloqlar COVİD 19 ailəsinin ayılmaz üzvüdürlər. Xəstəiliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl dünya bununla bağlı dünyada mövcud elmi araşdırmaların nəticələrini həmkarlarıma təqdim etmişdim. Bu gün isə COVİD-19 diaqnostikasında əsas kriteriyalar, onların görüntüsünü açıqlamışam. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycan olan təcrübə əlavə olunub, tədqiqatda öz müşahidələrimizi bölüşmüşük, öz xəstələrimizlə bağlı nəticələri göstərmişik”.
M.Sultanova bildirir ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması çox önəmlidir: “Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.
Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi