olkepress.com
olkepress.com

​Qubada Prezident Kubokuna start verildi

22-12-2024, 15:03

​Qubada Prezident Kubokuna start verildi

Azərbaycanda ilk dəfə keçirilən tam məsafəyə marafon qaçış yarışına start verilib.
Olkepress.com Metbuat.az-a istinadla xəbər verir ki, Prezident Kuboku uğrunda yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə keçirilir.

2024-cü ilin İdman paytaxtı Qubada təşkil olunan marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Belçika təmsilçiləri də yer alıblar. Yarışda ümumilikdə 130 atlet mübarizə aparır.

Yarışdan əvvəl Quba Olimpiya İdman Kompleksində marafonun açılış mərasimi keçirilib. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxış edərək, ölkəmizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb, marafon iştirakçılarına uğurlar arzulayıblar.

Açılış mərasimindən sonra yarışa start verilib.

Marafon iştirakçıları 42 kilometr 195 metr məsafədə yarışırlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi